Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
İndi nə erməni lobbisinə, nə də Ermənistanın əsassız iddialarına inanan yoxdur

0

  • XXI əsr özü ilə bərabər tarixə bir çox müsbət məqamlar gətirsə də, bəşəriyyəti təhdid edən hadisələrlə də zəngin olmuşdur. Qlobal istiləşmə, pandemiya və dünyanı ağuşuna almış iqtisadi böhran dünya əhalisi üçün ciddi problemlər yaratmışdır. Azərbaycan dünyanın bir parçası olaraq bu problemlərlə mübarizə apardığı bir zamanda, digər yandan da mənfur qonşularımız olan ermənilərlə mübarizə aparmaq məcburiyyətində qalmışdır. Ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan 2020 - ci ilin sentyabr ayında düşmənin növbəti təxribatı zamanı əks hücum əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsində düşməni torpaqlarımızdan qovub çıxartdı və onu məğlub etdi. Belə bir çətin zamanda zəfər qazanmaq Azərbaycanın nüfuzunun dünya dövlətləri arasında artmasına səbəb oldu.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Ölkəmizin günü - gündən artan uğurları əlbəttə ki, başda Ermənistan olmaqla bizi istəməyən bəzi dövlətlər tərəfindən qısqanclıqla qarşılanmağa başlandı. Onlar nəyin bahasına olursa olsun bölgədə sülhün yaranmasına əngəl olmağa başladılar. Ermənistan 2020 - ci ilin noyabrında imzalanmış bəyanatın müddəalarını yerinə yetirmək əvəzinə, öz havadarlarının təkidi ilə sülh prosesini ləngiltməyə çalışır, "bəlkə də qaytardılar" xülyası ilə bölgədə vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycan isə tutarlı addımlarla düşmən ölkənin bütün pozuculuq fəaliyyətlərini neytirallaşdırır və daim onu yerində oturmağa məcbur edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 16 avqust 2023 - cü il tarixdə ermənilər və onların züytutanlarının daha bir siyasi şousu Azərbaycanın qətiyyətli və düzgün mövqeyi nəticəsində iflasa uğradı. Belə ki, ermənilər və onların havadarları olan Fransanın təkidi ilə BMT Təhlükəsizlik Şurasının guya Qarbağda yaşayan etnik ermənilsrin Azərbaycan tərəfindən blokadaya alınması barədə iclası keçirilmişdir. Ümumiyyətlə BMT indi yalnız adı böyük hərflərlə yazılan ölü bir qurumdur. Bu həmin BMT - dir ki, hələ 1992 - 1993 - cü illərdə erməni hərbi quldur dəstələrinin Azərbaycan ərazilərini qeyd - şərtsiz tərk etmələri haqqındakı 4 qətnamə qəbul etmiş, ancaq ermənilər həmin qətnamələrin heç birinə məhəl qoymamışlar. Bunun qarşılığında BMT 30 il ərzində ermənilər haqqında heç bir təsirli tədbir görə bilməmişdir. Belə yerdə deyiblər: "Utanmasan oynamağa nə var ki?"​ ​ ​ ​ ​ ​ ​ ​ İclasda çıxış edən Azərbaycanın BMT- dəki daimi nümayəndəsi Yaşar Əliyev erməniləri blokada haqqındakı növbəti uydurmalarını təkzibedilməz dəlillərlə alt - üst etdi. Dünya dövlətlərinin böyük əksəriyyəti növbəti dəfə erməni yalanlarının şahidi oldular. Qeyd olundu ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik erməni vətəndaşları ilə heç bir nəzarət olmadan təmas qurmağa çalışırlar. Bu tələb ümumiyyətlə benəlxalq hüquqa ziddir. Çünki Azərbaycan suveren dövlətdir və onun hüdudlarını heç kəs nəzarətsiz şəkildə keçə bilməz. Ermənistan isə bu tələbi ona görə qoyur ki, Qarabağ bölgəsində yaşayan erməniləri silah - sursatla təmin etsin və orada separatizmi yenidən alovlandırsın. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ermənistan guya Laçın yolunun ona görə nəzarətsiz şəkildə keçilməsini istəyir ki, oradan humanitar yüklərin Qarbağa daşınmasını təmin etsin. Azərbaycan isə Qarabağ bölgəsinə humanitar yüklərin daşınması üçün həmin yoldan daha yaxın Ağdam - Xankəndi yolunu təklif edir ki, bu yol yüklərin daşınması üçün ən əlverişli yoldur. Eyni zamanda buradan yüklərin daçınması üçün dəmiryol nəqliyyatından da istifadə etmək mümkündür. Eyni zamanda Azərbaycan tərəfi yüklərin buradan təhlükəsiz şəkildə daşınmasına da zəmanət verir. Laçın yoluna gəldikdə isə bu yol vətəndaşların keçidi üçün açıqdır. Orada yaradılmış Nəzarət - buraxılış məntəqəsinə gəldikdə isə 6 iyul 2023 - cü il tarixdə Beynəlxalq Ədalət Məhkəməsi bu məsələyə aydınlıq gətirmişdir və ermənilərin növbəti hay - küyünə cavab olaraq Azərbaycanın öz ərazisində Nəzarət - buraxılış məntəqəsi yaratmasının beynəlxalq hüquqa uyğun olduğu haqqında qərar qəbul etmişdir .Beləliklə, ermənilər növbəti dəfə beynəlxalq səviyyətə rəzil vəziyyətə düşdülər. Hazırki zamanda bölgədə əsas söz sahibi Azərbaycandır. Çünki ölkəmiz haqq yolundadır. Haqq isə nazilər, amma üzülməz. Azərbaycan 16 avqustda növbəti dəfə diplomatik uğura imza atmışdır və düşmənin üzərində növbəti diplomatik qələbəsini əldə etmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov,​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi9 ay öncə
    İzlənib37 dəfə
    İndi erməni lobbisinə ermənistanın əsassız iddialarına inanan yoxdur

    Maraqlı gələ bilər
    38